P/E (Price/Earnings) nisbəti dilimizə Qiymət/Qazanc (Q/Q) kimi tərcümə olunur. Bu nisbət şirkət səhminin ucuz və ya baha olduğunu göstərən əsas göstəricilərdən biridir. İnvestorlar P/E nisbətini tez-tez istifadə edərək, bir şirkətin gələcək potensialını qiymətləndirirlər.


P/E Nisbəti Necə Hesablanır?

P/E nisbəti şirkət səhminin hazırkı qiymətinin, hər hissəyə düşən gəlirə (EPS - Earnings Per Share) olan nisbətidir:

P/E = Səhmin Qiyməti ÷ 1 Hissəyə Düşən Gəlir (EPS)

Nümunə:

Bir şirkətin səhmi 50 AZN-dirsə və EPS 5 AZN-dirsə:

P/E = 50 ÷ 5 = 10.

Bu, o deməkdir ki, investorlar hər 1 AZN gəlir üçün 10 AZN ödəməyə hazırdırlar.


P/E Nisbətini Necə İstifadə Etmək Olar ?

Sektor Fərqləri:

P/E nisbəti sektordan sektora dəyişir. Ümumilikdə, P/E 25-dən aşağı olduqda məqbul hesab olunur. Lakin texnologiya və yüksək böyümə potensialı olan şirkətlərin P/E nisbəti daha yüksək ola bilər.

Yüksək P/E:

Şirkətin böyümə potensialının yüksək olduğu düşünülür. Amma bu, eyni zamanda qiymətin həddindən artıq yüksək olduğunu da göstərə bilər.

Aşağı P/E:

Şirkət dəyərli görünə bilər, lakin bu, bəzən gələcəkdə az böyümə potensialı olduğunun da göstəricisidir.


P/E Nisbətinin Məhdudiyyətləri

Yeni yaranmış şirkətlər:

P/E nisbəti gəlir olmayan və ya mənfi gəlirə sahib şirkətləri qiymətləndirmək üçün yararsızdır.

Forward P/E (İrəlidəki Q/Q):

Bəzi hallarda analitiklərin gələcək gəlir proqnozlarına əsaslanaraq Forward P/E istifadə olunur. Lakin bu yanaşma müəyyən risklər daşıyır, çünki proqnozlar həmişə doğru çıxmaya bilər.


P/E nisbəti səhmlərin qiymətləndirilməsində faydalı göstəricidir, lakin tək başına qərar vermək üçün kifayət deyil. Digər fundamental analiz göstəriciləri ilə birgə istifadə olunmalıdır.

Paylaşdı: Ilqar Əliyev
Oxşar yazılar