P/S (Qiymət/Satış) Nisbəti: İnvestisiyada Vacib Bir Göstəricidir

P/S (Price/Sales) nisbəti investisiya qərarları zamanı diqqət yetirilməsi vacib olan əsas maliyyə göstəricilərindən biridir. Xüsusilə hələ mənfəət əldə etməmiş və ya sürətlə böyüyən şirkətlərin dəyərləndirilməsində geniş istifadə olunur.

P/S Nisbəti Necə Hesablanır?

P/S nisbətini hesablamanın iki əsas üsulu var:

  1. Satışların Bazar Dəyərinə olan  Nisbəti: P/S=Total Sales (TTM) / Market Capitalization​ 
  2. Səhmlərə Görə Hesablanma: P/S=Sales Per Share (SPS) / Stock Price​

Real Təcrübə: Palantir Şirkəti ilə İnvestisiya Təcrübəm

Mən Palantir səhmini P/S nisbəti 17 olduğu zaman, hər səhm üçün 16.32$ qiymət ilə almışdım. Təxminən 9 ay sonra, Palantir səhmlərinin qiyməti 62$-a qədər yüksəldi və həmin dövrdə P/S nisbəti 30-dan yuxarı oldu. Bu göstəriciləri nəzərə alaraq həmin vaxt səhmlərimi satdım.

Bu təcrübə göstərir ki, P/S nisbəti yalnız şirkətin qiymətləndirilməsi üçün deyil, həm də satış və alış üçün optimal zamanları təyin etməkdə istifadə oluna bilər.

P/S Nisbətinin Təhlili

  • Ümumi qaydaya görə, P/S nisbəti 5-dən aşağı olduqda, şirkətin səhmləri nisbətən ucuz hesab olunur.
  • Lakin bu rəqəm sektordan sektora dəyişə bilər. Məsələn, texnologiya və ya sürətlə böyüyən sektorlarda P/S nisbəti adətən daha yüksək olur, çünki bu şirkətlərin gələcəkdə böyük artım potensialı mövcuddur.

Əsas Məqamlar

  1. 5-dən Aşağı P/S:
    Şirkət ucuz qiymətləndirilmiş kimi görünə bilər, lakin bu həmişə o demək deyil ki, investisiya üçün əlverişlidir. Şirkətin böyümə tempinin zəif olması və ya maliyyə problemlərinin olması kimi səbəbləri nəzərə almaq vacibdir.
  2. P/E (Qiymət/Qazanc) Nisbəti Olmadıqda:
    Mənfəət etməyən böyümə yönümlü şirkətlərin təhlilində P/S nisbəti əsas göstəricilərdən biri hesab edilir.

P/S nisbəti şirkətləri qiymətləndirmək və onların bazar dəyərini gəlirlərinə əsasən təhlil etmək üçün yaxşı vasitədir. Lakin bu nisbəti istifadə edərkən təkcə rəqəmlərə yox, həm də şirkətin sektoru, böyümə potensialı və ümumi maliyyə sağlamlığına diqqət yetirmək vacibdir.


Paylaşdı: Ilqar Əliyev
Əvvəlki yazı
Oxşar yazılar