Hims & Hers Health, Inc. ABŞ, Birləşmiş Krallıq və beynəlxalq miqyasda istehlakçıları lisenziyalı səhiyyə mütəxəssisləri ilə birləşdirən onlayn tibb platformasıdır.
Şirkət müştərilərə birbaşa öz veb saytları və mobil tətbiqi vasitəsilə əldə edə biləcəyi bir sıra reseptli və reseptsiz sağlamlıq məhsulları və xidmətləri təklif edir.
Bu məhsullar əsasən ümumi sağlamlıq, cinsi sağlamlıq və pəhriz, dəriyə qulluq və saç baxımına yönəlib.
Şirkət əsasən həkim qəbuluna düşməyin çətinliklərin, həmçinin də kifayət qədər baha olan səhiyyə xidmətləri problemini aradan qaldırmağa çalışır. Öz platformasında abunəlik vasitəsilə ilə xəstələrə müalicə olmağa kömək edir. Özünün inkişaf etdirdiyi süni intelekt vasitəsilə xəstələrə maksimum individual xidmətlər təklif edir. Bundan başqa şirkət xəstələrin bir başa öz suallarını tətbiq vasitəsilə bir başa həkimlərə verməyə kömək edir. Bu suallar hər hansı bir narahatlıq, dərman vasitəsinin istifadə edilməsi və yaxud dərman dozasının artırılılması və azaladılması ilə bağlı ola bilər.
Tətbiq və ya saytda qeydiyyatdan keçən şəxs öz məlumatlarını doldurur. Daha sonra bu məlumatlar əsasında o mütəxəsislə görüşür və lazım olduqda mütəxəsis ona resept yazır. Bundan sonra isə dərmanlar birbaşa olaraq müştərinin qapısına gəlir.
Son 3 dövrün dövriyəsi və gəlirləri belə olub
- Dövriyə 401.56 əvvəlki dövürdən 77.13% daha yaxşı. Net gəlir 75.59 milyon və EPS (Hissə başı qazan) 0.32
- Dövriyə 315.65 əvvəlki dövürdən 51.82% daha yaxşı. Net gəlir 13.3 milyon və EPS (Hissə başı qazan) 0.06
- Dövriyə 278.17 əvvəlki dövürdən 45.81% daha yaxşı. Net gəlir 11.13 milyon və EPS (Hissə başı qazan) 0.05
Şirkət son 3 dövür və digər dövürlərdə baxsaq stabil şəkildə öz dövriyəsini artıra bilib.
Son dövürdə şirkət öz abunəlirin sayını 2 miliyona çıxardıb ki, bu da keçən ilin həmin ki, dövüründən 44% daha çoxdur. Digər maraqlı məqam ondan ibarətdir ki, şirkət ortalama olaraq hər abunədən gələn gəliri 24% artıra bilib. Aşağıdakı qrafikdədə görünür ki, abunələrin yarısından bir qədər çoxu individual abunəliklərdən istifadə edirlər və bu da şirkətin satışlarına böyük təsir göstərir.
Şirkətin gələcəkdə abunələrini artırmaq üçün çox böyük potensialı var. Şirkətin öz saytından yayımladığı məlumatlarda görünür ki, ABŞ-da cinsi və dermatologiya bazarı 80 miliyon nəfər və mental sağlamlıq və çəki probleminə görə isə 100 milyondan çox adamın müxtəlif növ müalicəyə ehtiyacı var. Bunlarda potensial müştəri bazası deməkdir.
Şirkət hal-hazırda P/E nisbəti 70-dir (24.01.2025). Gələcək 12 ayın qazancları nəzərə alındıqda isə P/E nisbəti 57 olur. Bu da şirkətin nisbətən baha olduğunu göstərir. Lakin son 12 ayda böyüməsinə baxsaq 56.70% və gələcək 12 aya baxdıqda isə 58% böyüməsi gözlənilir. Gördüyümüz kimi şirkət böyüməsi olduqca yaxşıdır.
Hims & Hers Health şirkətinə böyümə şirkəti kimi baxdığımız üçün bizim üçün əsas göstəricilərdən biri P/S nisbətidir. Düzdü burda son göstəricilərə baxsaq son 12 ayın P/S 5.32 gələcəkdə isə 4.62 olacağı gözlənilir. Sektor ortalamasında yuxarı göstəricilərdi. Lakin böyüməyə nəzər yetirsək HIMS növbəti 12 ayda 58% böyüməyi gözlənilir və bu da sektor ortalamasından 6.5 dəfə daha çoxdur.
Düşünürəm ki, şirkətin səhmlərini 26 dollardan aşağı olduqda almaq məqsədə uyğun olar. Hal hazırda şirkətin səhminin qiyməti (24.01.2025) 30.89 dollardı. Şirkətin ədalətli dəyəri fikrimcə 35 dollardı.
Aşağıdakı qrafikdə şirkətin abunələrin, sifarişlərin, dövriyəsini və net gəlirlərini görə bilərsiniz.